Goranboyda direktoru öldürən baş mühasib hakim qarşısında 



 

Goranboyda iş yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Mirhadı Bağırovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

SeherXeber.org xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi Faiq Mahmudovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələki məlum deyil.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında baş verib.

Belə ki, Mərkəzin baş mühasibi 1992-ci il təvəllüdlü M.Bağırov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmin Mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək qətlə yetirib.

Faktla bağlı M.Bağırov dərhal saxlanılıb və ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.