Bakıda yeni hotelin tikintisinə icazə verildi



 

Bakıda yeni hotel tikiləcək.

SeherXeber.orgın məlumatına görə, tikinti obyektinin sifarişçisi “Yeni Dinamo Oteli” MMC, layihəçisi isə “Paşa İnşaat” MMC-dir.

1 girişli, zirzəmili, 5 mərtəbəli mehmanxana binası Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 78 ünvanında tikiləcək. Mehmanxananın ümumi sahəsinin 5 095 m2 olması nəzərdə tutulub.

Obyektin istismarına icazə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilib.

Könül

SeherXeber.org