Neft bahalaşmaqda davam edir



 

Dünya birjalarında neft qiymətləri artıb.

SeherXeber.orgxəbər verir ki, ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 1,22 dollar və ya 1,13% artaraq 108,75 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin 1 barelinin qiyməti 1,18 dollar və ya 1,14% artaraq 104,46 dollar təşkil edib.