Azərbaycanda konserv zavodunun əmlakı silinəcək və satılacaq



 

“Lənkəran Balıq Konserv” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

SeherXeber.orgın məlumatına görə, yığıncaq 2022-ci il mayın 6-da saat 14.00-da Lənkəran şəhəri, T.İsmayılov küçəsi 7 nömrəli ünvanda baş tutacaq.

Yığıncağın gündəliyinə “Lənkəran Balıq Konserv” ASC-nin 2021-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması,ASC-nin icra, idarəetmə və nəzarət orqanlarının seçilməsi, bir sıra bina və tikililərin, nəqliyyat vasitələrinin, gəmilərin, avadanlıqların balansdan silinməsi üçün ləğvetmə komissiyası tərəfindən tərtib olunmuş əmlakın (qiymətlilərin) ləğvi aktlarının təsdiq edilməsinin müzakirəsi, əsas vəsaitlərinin özgəninkiləşdirilməsi və digər məsələlər daxildir.