Göygöldə 30 yaşlı kişi keçmiş qayınatasını bıçaqlayıb



 

Göygöl rayonunda keçmiş qayınatasını bıçaqlamaqda təqsirli bilinən Səxavət Cəfərovun cinayət işi üzrə ibtidai istintq başa çatıb.

"Ölkə.Az" xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Roman Ələkbərlinin icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası aprelin 12-nə təyin olunub.

Qeyd edək ki, hadisə dekabrın 5-i saat 18 radələrində rayonun Üçtəpə kəndi ərazisində yerləşən “Rəvan market”in yaxınlığında qeydə alınıb.

Belə ki, Rəsul Məsimovla keçmiş kürəkəni, 1991-ci il təvəllüdlü Səxavət Cəfərov arasında mübahisə düşüb. Nəticədə S.Cəfərov keçmiş qaynatasını bıçaqlayıb.

Faktla bağlı Göyügöl rayon polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığı zərər vurma) maddəsi ilə cinayət işi açılıb, S.Cəfərov şübhəli şəxs qismində saxlanılıb.