Dünya birjalarında neft bahalaşır



 

Dünya birjalarında neft qiymətləri artıb.

SeherXeber.org ” xəbər verir ki, ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 0,20 dollar və ya 0,19% artaraq 104,59 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin 1 barelinin qiyməti 0,11 dollar və ya 0,11% artaraq 99,38 dollar təşkil edib.