Dünyanın ən uzunmüddətli xəstəlik məzuniyyəti rekordu qeydə alınıb



 

SeherXeber.org ın məlumat verir ki, rəsmi rəqəmlərə görə, 6 ildən çox müddətdə fasiləsiz xəstəlik məzuniyyəti götürən Monteneqro sakini dünyanın ən uzunmüddətli xəstəlik məzuniyyəti rekordunu qırıb. Ölkədə 6 ildən çox məzuniyyətdə olan işçi ilə yanaşı, 54 və 58 ay fasiləsiz xəstəlik məzuniyyəti götürən işçilər də var.

Qeyd edək ki, Monteneqro hər il keçirilən tənbəllik yarışları ilə gündəmə gəlir.