Oruc zamanı əti hansı qidalar əvəz edə bilər? - Mütəxəssis AÇIQLADI



 

SeherXeber.org publika.az-a istinadla xəbər verir ki, bu barədə diyetoloq Aleksandr Andreev öz məsləhətini bölüşüb.

Andreev qida çatışmazlığını tərəvəz, meyvə və digər təvazökar qidalarla tamamlamağı məsləhət görüb.

Mütəxəssisin sözlərinə görə, oruc zamanı ispanaq, brokkoli, lobya və qoz-fındıq kalsium mənbəyi ola bilər:

"İspanaq, kahı və dənli çörək məhsulları dəmir ehtiva edir. Qoz, göbələk, yulaf əzmesi, sarımsaq, qulançar, gül kələm, qara qarağatın isə tərkibində sink var".

Andreev deyib ki, C vitamini sitrus meyvələrində, brokolidə, şirin bibərdə, kələm və gül kələmində, həmçinin pomidorda, B vitamini isə kartof və dənli bitkilərdə olur.

"Tərəvəz ya təzə, ya da zeytun yağı sousu ilə ədviyyatlı salat kimi yeyilməlidir. Pəhrizdə həmçinin kələm, qoz-fındıq, meyvələr olmalıdır", - Andreev əlavə edib.