AFFA "Qarabağ" və "Sumqayıt" klublarını cərimələyib



 

AFFA İntizam Komitəsi "Sumqayıt" və "Qarabağ" klublarını cərimələyib.

SeherXeber.org -ın məlumatına görə, buna komandaların Premyer Liqanın XX tur oyunlarındakı intizamsızlığı səbəb olub.

"Gənclik şəhəri" təmsilçisinin 4 futbolçusu "Keşlə" ilə, "Qarabağ"ın eyni sayda oyunçusu isə "Zirə" ilə səfər matçlarında sarı vərəqə ilə cəzalandırıldıqları üçün klublar 800 manat cərimə olunub.