Komanda yoldaşlarının butslarını oğurlayıb satdı



 

Fransa "Bordo"sunun futbolçularından biri komanda yoldaşlarının butslarını oğurlayıb.

SeherXeber.org xəbər verir ki, adı açıqlanmayan gənc oyunçu daha sonra həmin ayaqqabıları internet vasitəsilə satıb. Futbolçunun hərəkətlərini keçmiş sevgilisi ifşa edib.

Zərərçəkmiş oyunçular onunla eyni komandada çıxış etmək istəmədiklərini bildiriblər. Klub rəhbərliyi həmin futbolçunu 1 oyunluq diskvalifikasiya edib və cərimələyib. Komanda yoldaşları qərardan narazı qalsalar da, zaman keçdikcə fikir ayrılıqları aradan qalxıb.

Qeyd edək ki, "Bordo" Liqa 1-də keçirdiyi 29 oyundan sonra 22 xalla turnir cədvəlinin sonuncu - 20-ci pilləsində qərarlaşıb.