Cəlilabadda qadın bıçaqlanaraq öldürülüb



 

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

SeherXeber.org " xəbər verir ki, hadisə rayonun Qarakazımlı kəndində qeydə alınıb.

Belə ki, 1973-cü təvəllüdlü Həsənova Südabə Əlixan qızı ürək nahiyəsindən bıçaqlanıb və xəstəxanaya çatdırılan zaman dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.