Keçmiş həyat yoldaşını qətlə yetirən şəxsə hökm oxunub



 

Bakıda qətl törətməkdə təqsirləndirilən Elçin Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

SeherXeber.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin köhmü ilə Elçin Ələkbərov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2021-ci ilin iyulunda paytaxtın Binəqədi rayonunda baş verib.

Belə ki, Özbəkistan vətəndaşı, 1980-ci il təvəllüdlü E.Ələkbərov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı, 1975-ci il təvəllüdlü Nailə Əliyevanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

E.Ələkbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.