Ağsuda tanışını bıçaqlayıb öldürən şəxsin məhkəməsi başlayır



 

Ağsuda tanışını qətlə yetirməkdə təqsirləndirilən Orxan Qaçayevin cinayət işi üzrə məhkəməsi başlayır.

SeherXeber.org xəbər verir ki, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Bilal Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası aprelin 12-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında Ağsu rayonunun Padarqışlaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü O.Qaçayev şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı bıçaqla Sabirabad rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədkərim Dərgahlıya xəsarətlər yetirərək qətlə yetirib.

O.Qaçayev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.