ABŞ-ın bu addımı nefti ucuzlaşdırdı



 

Bu gün neftin qiyməti bir barel üçün 5 dollardan çox ucuzlaşıb.

SeherXeber.orgın məlumatına görə, buna səbəb ABŞ-ın bir neçə ay ərzində yüksələn xam neft qiymətlərini sabitləşdirmək üçün strateji neft ehtiyatından (SPR) 180 milyon barrelə qədər nefti bazara buraxmaq haqqında düşüncəsi olub.

Bununla da, may ayı üzrə “Brent” fyuçersləri 5,47 dollar və ya 4,8% ucuzlaşaraq bir barel üçün 107,98 dollar olub. Qeyd edək ki, may müqavilələri bu gün başa çatır və aktiv şəkildə satılan iyun fyuçersləri 5,22 dollar ucuzlaşaraq 106,22 dollar olub.

ABŞ-ın Qərbi Texas (WTI) neftinin may fyuçersləri isə daha əvvəl 100,85 dollara endikdən sonra 6,06 dollar və ya 5,6% ucuzlaşaraq bir barel üçün 101,76 dollarda sabitləşib.

Könül
SeherXeber.org