Neftçalada Kür çayının yatağından küp qəbir tapılıb - FOTO



 

SeherXeber.org ın məlumatına görə, tapıntını Neftçala rayonunun Cəngən kənd orta məktəbinin tarix müəllimi Şəhrəbanu Ağalarova aşkar edib.

Belə ki, o, yaşadığı ərazidə, Kür çayının yatağından yaşı eramızdan 2800-2500 il əvvələ aid edilən küp qəbir tapıb.

Onun sözlərinə görə, o, küp qəbir haqqında yerli balıqçılardan eşidib: "Balıqçılar deyir ki, bu ərazilərdə çay yatağı boyunca küp qəbirlər çoxdur. Bunların içərisində uşağa aid küp qəbir də var".

Hazırda o, qalıqları dərs dediyi fənn kabinetində saxlayır.