Azərbaycanlı MMA idmançısı Aqşin Babayev növbəti dəfə döyüşdə uğursuzluqla üzləşib.
SeherXeber.org oxu.az-a istinadla xəbər verir ki, “Brave” MMA təşkilatının Bəhreynin Madinat-İsa şəhərində keçirilən döyüş gecəsində Aqşinin rəqibi İsveçrəni təmsil edən Dağıstan əsilli idmançı Hüseyn Kadimaqomayev olub.
Görüşün gedişatında Kadimaqomayev qanunla qadağan olunmuş nahiyəyə ayaq zərbəsi vurduğundan, yarış dayandırılıb və döyüş baş tutmamış hesab edilib. İdmançımız xəstəxanaya aparılıb.