Murad Niftizadə Rusiyada tutulub Bakıya gətirildi - SƏBƏB



 

Beynəlxalq axtarışa verilən şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib.

Bu barədə SeherXeber.org a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən Azərbaycan Respublikasının vətəndaşı Murad Niftizadənin ekstradisiyası haqqında qərar qəbul edilib/

Sabunçu rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə Murad Niftizadənin 2019-cu il dekabrın 13-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli binada anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib/

Murad Niftizadə Rusiya Fedrasiyasının ərazisində müəyyən edilərək 2021-ci il oktyabrın 17-də həbs olunub, 2022-ci il martın 10-da Rusiyadan Azərbaycana gətirilib.