İdmançımızın Paralimpiadada iştirakına əngəl aradan qalxdı



 

Çinin paytaxtı Pekində keçirilən XIII Qış Paralimpiya Oyunlarında Azərbaycanın yeganə iştirakçısı Mehman Ramazanzadənin orada çıxış etməsində yaranan əngəl aradan qalxıb.

SeherXeber.org xəbər verir ki, bu barədə oxu.az-a Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov məlumat verib.

Onun sözlərinə görə, onun Bakıda verdiyi iki testin nəticəsi də neqativ çıxıb. Bu səbəbdən də onun martın 9-da xizəksürmə yarışında Azərbaycanın təmsil etməsi üçün heç bir problem yoxdur. O bu gün saat 21:50-də Bakı-İstanbul-Pekin reysi ilə səfərə çıxacaq.

Qeyd edək ki, Qış Paralimpiya Oyunlarının martın 4-də keçirilən açılış mərasimində Mehman Ramazanzadə bayraqdarımız olmalı idi. Lakin səhhəti ilə əlaqədar olaraq idmançımız səfərə yola düşə bilməmişdi. Nəticədə bayrağımızı çinli könüllü daşımalı olmuşdu.