Tanınmış amerikalı aktyor dünyasını dəyişdi



 

Amerikalı aktyor Conni Braun 84 yaşında vəfat edib.

SeherXeber.org ” xəbər verir ki, bu barədə TMZ sənətçinin qızına istinadən xəbər yayıb. Onun sözlərinə görə, atası ürəktutmadan dünyasını dəyişib. 

1937-ci il iyunun 11-də Floridada anadan olan Conni Braun “Yaxşı zamanlar”, “Hər kəs Kris, Kenan və Keldən nifrət edir” seriallarındakı rolları, həmçinin “Ömür boyu” və “Yeni gələnlər” filmləri ilə tanınır.