Bəqərə surəsinin mesajları



 

Bəqərə surəsinin nüzul

ortamı, mövzu mesajları

 

 

 

(əvvəli ötən saylarımızda)

 

XIX YAZI

 

Qurani-Kərimdə ayrıca Munafiqun surəsi var. Münafiqlər şüurlu, iradəli olaraq qəlbdən inanmağı tərk etmişlər, nəticədə, inanmaq ehtimalları ortadan qaldırılmışdır. Allah bu ayə ilə münafiqlərlə bağlı mesaj verir: “Sizin öz inancınız üçün dediyiniz deyil, Allahın sizin inancınız üçün dediyi önəmlidir. İnancında əyrilik olan bunu bilən bir gün düzələ bilər, ancaq inancında əyrilik olan doğru inandığını sanan əsla düzəlməz” (Mustafa İslamoğlu, Hayat kitabı Kuran, s. 9).

Böyük təfsir alimi Fəxrəddin Razi qəlbin dörd halı olduğunu yazır:

a) dəlildən əldə edilmiş (maariflənərək, şüurlu, nəyə niyə inandığını bilərəkS.H) etiqad, bu, elmdir;

b) dəlildən əldə edilməyən etiqad, bu, təqlidçinin inancıdır (o, inancını qulaqdan dolma bilgi üzərində qurmuşdur, başqalarını yamsılayırS.H);

c) əsası olmayan etiqad, bu, cəhalətdir;

d) qəlbin bu üç haldan (yuxarıdakı) da boş olduğu hal; (Fahruddin er-Razi, Tefsiri-kebir, c.II, s. 23-24)

Alim yazır ki, kafiri , münafiqi küfür birləşdirir, ancaq bu özəlliklər münafiqi kafirdən ayırır:

- o, insanların düşüncələrini qarışdırmağa çalışır, kafirin belə bir cəhdi yoxdur;

- kafir yalan söyləməyə razı olmur, açıq deyir ki, mən inanmıram, münafiq isə yalan söyləməyi seçir;

- münafiq möminləri ələ salır, o, qancıq təbiətli insandır; (Fahruddin er-Razi, Tefsiri-kebir, c.II, s. 27)

Münafiq nifaq sahibidir, o, şəri gizləyib xeyiri göstərir, qəlbində ixlas yoxdur, ikiüzlüdür, Allahı möminləri aldatmağa çalışır.

Münafiq sözünün kökü--dir, bitmək, tükənmək, yox olmaq anlamlarını daşıyır. Yer altındakı tunelənəfaqdeyilir. Münafiq yer altındakı gizli yolun bir ucundan girib o biri ucundan çıxan deməkdir. “Münafiqsözünün termin anlamı da var: o, qəlbdə iman etmədiyi halda, iman etmiş kimi görünən insandır.

Qurani-Kərimdə Allah Rəsulunun hədislərində münafiqlər bu özəllikləri ilə tanıdılmışlar:

- Allaha inanmazlar;

- axirətə inanmazlar;

- Allahı möminləri aldatmağa çalışarlar;

- özlərini aldadırlar;

- özlərini aldatdıqlarının fərqində deyillər;

- qəlblərində xəstəlik var;

- uca Allah onların xəstəliklərini artırmışdır;

- yalan danışırlar;

- yer üzündə fəsad çıxarırlar;

- beyinsizdirlər;

- möminləri ələ salarlar;

- Allah da onları ələ salar;

- hidayəti verib dəlaləti satın almışlar;

- ticarətləri iflas oldu;

- doğru yolu tapmadılar; (Bəqərə, 2/8-16)

- Allah münafiqlərin yalançı olduğuna şahiddir;

- çox and içirlər;

- insanları Allahın yolundan uzaqlaşdırırlar;

- qəlblərində möhür var;

- həqiqəti anlamazlar;

- paltar geyindirilmiş kötük kimidirlər;

- hər səsin onlara qarşı olduğunu zənn edərlər;

- onlar düşməndirlər;

- onlardan qorunun;

- Allah onları qəhr etsin; (Munafiqun, 63/1-7)

- təkəbbürlüdürlər;

- qorxaqdırlar; (Tövbə, 9/36)

- möminlərə qarşı paxıllıq edirlər;

- möminlərin düşmənləri ilə birlikləri var;

- tələ qurur, hiylə işlədirlər;

- ayrı bir məscid tikib müsəlmanları parçalamağa çalışdılar; (Tövbə, 9/107)

- savaşa çıxmaq istəməzlər; (Tövbə, 9/45)

- kef içində yaşamağa çalışırlar; (Tövbə, 9/69)

- namazı könülsüz qılırlar; (Nisa, 4/142; Tövbə, 9/54)

- müsəlmanlara xor baxırlar; (Ali-İmran, 3/168)

- ölümdən çox qorxurlar; (Nisa, 4/78)

- cəhənnəmin ən alt təbəqəsinə atılacaqlar; (Nisa, 4/145)

- elçiyə nifrət edirlər;

Allah Rəsulu buyurur: “Münafiq iki sürü arasında gedib gələn, çaşbaş qalmış qoyun kimidir, gah o sürüyə qoşular, gah da bu”; (Müslim, Sifatul-münafiqun, 17)

- münafiq əmanətə xəyanət edər, yalan danışar, söz verəndə yerinə yetirməz, düşmənçilik edəndə həddi aşar; (Buxari, İman, 24)

- Allah Rəsulu münafiqlərin şərindən uca Allaha sığınmışdır; (Əbu Davud, Vitr, 32)

- qəlblərində möminlərə qarşı kin nifrət var; (Ali-İmran, 3/118-119)

- onlar Allahı, Allah da onları unutmuşdur;

- fasiqdirlərsuyu (ağılı), qəlbi, vicdanı bulandırırlar;

- xəsisdirlər; (Tövbə, 9/67)

- qorxaqdırlar;

- şəxsi çıxarları üçün çalışırlar;

- zəkat sədəqəni göstəriş üçün verirlər; (Bəqərə, 2/264)

- “(Ey Peyğəmbər!) Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar sanki divara söykədilmiş dirəklərdir (ruhsuz bədən, müqəvva kimidirlər). Onlar hər bir səsin əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndirlər, sən onlardan qorun! Allah onları öldürsün, necə haldan-hala düşürlər!” (Munafiqin, 63/4)

- Allah Rəsulu imanı təmiz su ilə yetişən təzə bitkiyə, nifaqı isə qan irinlə böyüyən bir çibana bənzətmişdir; (İbn Hənbəl, III, 17)

- pis uzun danışmaq münafiqlik əlamətidir; (Tirmizi, Birr, 80)

- münafiqlik küfrün ən pis şəklidir;

- münafiqliyin əsas göstəricisi ikiüzlülükdür;

- Allah Rəsulu buyurur ki, ikiüzlülərə etibar edilməz; (İbn Hənbəl, II, 290)

- münafiqliyin bir əlaməti riyadır, onlar Allahın rizasını qazanmaq üçün deyil, insanların xoşuna gəlmək, özünü göstərmək üçün çalışırlar;

- Allah Rəsulu riyanıkiçik şirkadlandırmışdır; (İbn Hənbəl, V, 429)

Münafiqlərin ən böyük faciəsi odur ki, onlar Allaha inandıqlarını zənn edirlər. İnancının yanlış olduğunu bilən onu düzəldər, doğru olduğuna inanan isə düzəldə bilməz. Münafiq özünü aldadan insandır. Qəlblərində xəstəlik var, ona görə fəsadı islah kimi görürlər. Münafiqin rəngi bilinmir, buqələmun kimidir, təhlükəlidir, o, düyünün işindəki daşdır, Allahın sevmədiyi insandır.

İbn Məsud deyir ki, yer üzündə fəsad çıxarmaq (münafiqlik) küfürdür.

Münafiqlik (nifaq) islamı içindən boğmaq hərəkatıdır, çağımızın ən qorxulu mənəvi xəstəliyidir.

Ayədə münafiqlərin iki özəlliyinə yer verilmişdir: Allaha iman etmir, axirətə inanmırlar. Zəməxşəri bunun səbəbini belə izah etmişdir: “Bu, münafiqlərin iyrənclikdə həddi aşdıqlarını, əxlaqsızlıqda davamlı olduqlarını ortaya çıxarmaq üçündür. Mədinədə qarşılaşdıqları yəhudilər: “Uzeyir Allahın oğludur”, - deyirdilər, bu, onların Allaha iman etmiş bir toplum olmadıqlarını göstərirdi. Münafiqlərin axirət gününə imanları da buna bənzəyir. Onlar anladılan, iman edilməsi zəruri olan biçimdə axirət həyatına iman etməzlər. Münafiqlərin: “Biz Allaha axirət gününə iman etdik”, - demələri, əslində, qatbaqat iyrənclikdir, ikiyönlü bir küfürdür. Onlar inanc olaraq küfür ilə nifaqı bir arada toplamışlar... Onların inancı nifaqdır, bu isə küfürdür, heç bir halda iman deyildir” (Zemahşeri, el-Keşşaf, s. 98).

 

DOQQUZUNCU AYƏNİN ŞƏRHİ

 

Allahı iman etmiş kimsələri aldatmaq istəyirlər, halbuki onlar ancaq özlərini aldadırlar, amma bunu (Allahın ifşa edəcəyinin) fərqində belə deyillər

 

Münafiqlər fərqində olmadan aldadırlar. Burada fərqində olmadıqları söylədiklərinin yalan olduğunu bilmədikləri anlamında deyil. Onlar fərqində deyillər ki, bu yalanları Allah üzə çıxaracaq: “Gün gələcək, Allah onların hamısını dirildəcək (etdiklərini bir-bir xəbər verəcək), bunun üzərinə onlar sizə and içdikləri kimi Ona da and içəcəklər bu yolla bir şey əldə etmək hesabı güdəcəklər. Baxın məhz bunlar, bəli, bunlardır yalanı xarakter halına gətirənlər” (Mücadilə, 58/18).

Uca Allahı aldatmaq bir xəyaldır, özünü aldatmağın ən şiddətli dərəcəsidir. Onu aldatmaq mümkün olmadığı halda, niyə ayədə Allahı aldatmaq istəyirlər deyilmişdir? Bu məsələ ilə bağlı aşağıdakı görüşlər var:

- aldatmaq bir insanı yanlış düşünməyə yönləndirərək onu xətaya məcbur etməkdir;

- aldatmada əsl niyyəti gizləmək var;

- Allah hər şeyi bilir, görür, eşidir, Onu aldatmaq qeyri-mümkündür;

- ayədəki vurğu təmsilidir, məqsəd münafiqlərin əməllərinin son dərəcə çirkin olduğunu vurğulamaqdır;

- ayədəki vurğu məcazidir, Allah Rəsuluna aid edilməli şey Allaha aid edilmişdir. Bu da Rəsulullahın Allah yanındakı şərəf etibarını göstərmək üçündür. Bu ayə deyiləni təsdiq edir: “Kim Rəsula itaət etmiş olarsa, Allaha itaət etmiş olar”; (Nisa, 4/80)

- aldatmanın öncə Allaha, sonra möminlərə aid edilməsi möminlərlə Allah arasında özəl əlaqə (bağ) olduğuna işarə edir. “... Bu ayədə Allahın böyük bir lütfünü görürük. O da Allah ilə möminlər arasında sıx bir əlaqə bağlılığın varlığıdır. Allah möminlərin səflərini Öz səfi, işlərini Öz işi qəbul etdiyini bildirir. Onları himayəsi altına alaraq düşmənlərini Öz düşmənləri kimi görür, onlara qarşı olan hər növ hiyləni birbaşa Özünə qarşı hazırlanmış hiylə sayır. Bu, çox uca çox şərəfli bir lütfdür. Bu həm möminlərin dərəcələrini ən yüksək səviyyəyə ucaldan, Allaha imanın ən böyük, ən üstün bir şərəf olduğunu bildirən ifadədir. Mömin bu şüurda olduğundan Allahın onun davasını Öz davası, savaşını Öz savaşı, düşmənini Öz düşməni bildiyini onu Öz tərəfinə alıb şərəfləndirdiyini hiss edər. O halda, mömin üçün aciz qulların girişdikləri/hazırladıqları hiylə, aldatma təzyiqin anlamı ola bilər ki?” (Seyyid Kutub, Fi zilalil-Kuran, c. I, s. 63)

Ayədə münafiqlərə qarşı açıq şiddətli bir təhdid var. Allah buyurur ki, ey münafiqlər, siz yalnız möminlərə qarşı deyil, əl-Qəhhar əl-Cabbar olan Allaha qarşı savaşırsınız, hər zaman, hər şərtdə qalib olan Odur. Siz dərin bir cəhalət qəflət içindəsiniz, özünüzü aldadırsınız, anlamırsınız ki, Allah möminləri qoruyacaq. Anlamırsınız ki, bir gün əməllərinizin qarşılığını görəcəksiniz, sizin duyğu, ağıl şüurunuz örtülmüşdür, doğru düşünmək, halınızı, gələcəyinizi görmək imkanından məhrum olmusunuz. Aldatmanın zərəri sizə aiddir.

Münafiqlər möminləri niyə aldatmağa çalışırlar? Möminlərin imkanlarından yararlanmaq, şəxsi mənfəətlərini gerçəkləşdirmək, möminlərin sirrini öyrənmək, onları içəridən məğlub etmək istəyirlər.

Uca Allah xəbər verir ki, qəlbində ixlas olmayan münafiqlərin əməlləri bu dünyada da, axirətdə nəticəsiz qalacaq. “Yaxşı bilin ki, əsl ağılsızlar onlardır” (Bəqərə, 2/13), “Allahı Rəsulunu incidənlərə gəlincə: Allah onları bu dünyada da, o bir dünyada da rəhmətindən məhrum edəcək onlar üçün alçaldıcı bir əzab hazırlayacaq” (Əhzab, 33/57).

 

ONUNCU AYƏNİN ŞƏRHİ

 

Qəlblərində xəstəlik var, Allah da onların xəstəliyini artırmışdır israrlı yalanları üzündən canyandırıcı bir əzabı haqq edərlər

 

Ayədə üç hissə var: münafiqlərin qəlblərində xəstəlik var, Allah da onların xəstəliklərini artırmışdır, israrlı yalanları üzündən canyandırıcı bir əzabı haqq edərlər.

1) “Qəlblərində xəstəlik var...”

Bəqərə surəsinin onuncu ayəsi yeddinci ayənin açıqlamasıdır. Yeddinci ayədə Allah buyurur: “Allah onların qəlbləri qulaqları üzərinə möhür vurmuşdur, gözləri üzərində bir növ pərdə vardır, məhz onlardır qorxunc bir əzabı haqq edənlər”. Onuncu ayə Allahın kafirlərin qəlblərini niyə möhürlədiyini açıqlayır: onların qəlblərində xəstəlik var, israrla yalan danışırlar.

Uca Allah Qurani-Kərimdə münafiqləri bu özəllikləri ilə tanıdır:

- şübhəçidirlər;

- şübhə toxumu səpirlər;

- inanmırlar;

- elə bilirlər ki, hamı onlara qarşıdır;

- ifşa olacaqlarından qorxurlar; (Tövbə, 9/64)

- fəsad çıxarırlar; (Bəqərə, 2/11)

- müsəlmanların düşmənləri ilə birliyi içindədirlər; (Maidə, 5/52)

- fitnə çıxarmaq üçün ayrıca məscid tikirlər; (Tövbə, 9/107)

- şərəf etibarı kafirlərin yanında axtarırlar; (Nisa, 4/139)

- iman etdiklərini sanırlar; (Nisa, 4/60)

- şeytana çağırırlar; (Nisa, 4/61)

- and içirlər, bunu inkarlarını örtmək üçün edirlər; (Mücadilə, 58/16)

- Allahın yolundan azırlar azdırırlar; (Mücadilə, 58/16)

- Allah yolunda canları malları ilə cihad etməyi sevmirlər; (Tövbə, 9/81)

Ardı var...

 

Sıracəddin Hacı

SeherXeber.org