Sumqayıt qırğınlarının təşkilatçısı Eduard Qriqoryanın harada yaşadığı MƏLUM OLDU - VİDEO



 

SeherXeber.org xəbər verir ki, İTV Eduard Qriqoriyanın izinə düşərək araşdırma aparıb. 

Himayədarlarının köməyi ilə Sumqayıtda törətdiyi ağır cinayətlərə görə cəzadan yayına bilən Eduard Qriqoryanın Rusiyanın Moskva vilayətinin Sergeyev Pasat şəhərində yaşadığı barədə illər öncə məlumat yayılmışdı. Onun 2014-cü il sosial şəbəkələrdə fotoları yayılmışdı.

Bundan sonra Azərbaycanın Baş Prokurorluğu tərəfindən 2015-ci ildə onun Cinayət Məcəlləsinin milli və irqi hüquq bərabərliyinin pozulma, kütləvi iğtişaş, xüsusi amansızlıq və zorlamaqla əlaqədar qəsdən adamöldürmə, bir qrup şəxs tərəfindən zorlama maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək “İnterpol” xətti ilə axtarışı elan edilib. Bu haqda xəbər tutan Qriqoryanın yaşadığı şəhəri ailəsi ilə birgə tərk etdiyi məlum olub.

Araşdırma zamanı Eduard Qriqoryanın son fotosu əldə edilib. Həmçinin onun həyat yoldaşı Rita Qriqoryan ilə əlaqə saxlanılıb. Qriqoryanın artıq yaşlanıb, təqaüdə çıxdığı məlum olub.

Hazırda isə Qriqoryanın ailəsi ilə Rusiyanın Stavropol diyarının Koçubeyovka rayonunda yaşadığı deyilir.