25 manata görə qardaşını bıçaqlayan şəxsə hökm oxunub



 

Bakıda qardaşını bıçaqlamaqda təqsirli bilinən Azər Ağalarova hökm oxunub.

SeherXeber.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Məhkəmənin hökmü ilə Azər Ağalarov 3 il müddətinə aadlıqdan məhrum olunub.

Qeyd edək ki, hadisə ötən ilin iyulunda Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, Azər Ağalarov qardaşı Anar Ağalarovu mübahisə zamanı belindən bıçaqlayıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

Daha sonra Azər Ağalarov saxlanılıb və barəsində Cinayət Məclləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Azər Ağalarov məhkəmədə dindirilən zaman deyib ki, qardaşı Anar uzun müddətdir narkotik vasitələrdən istifadə edib. O, hadisənin qardaşına borca verdiyi 25 manat pulu qaytarmaması səbəbindən baş verdiyini söyləyib.