"Prezidentin mənə ad günü hədiyyəsi..." - Eldar Mansurov danışdı



 

Xalq artisti, bəstəkar Eldar Mansurov Prezident İlham Əliyevin onu “Şöhrət” ordeni ilə təltif etməsindən danışıb.

SeherXeber.org -a açıqlama verən Xalq artisti təltifin ona ad günü hədiyyəsi olduğunu deyib:

“Mənim üçün çox sevindirici bir xəbər oldu. Açığı xəbərim yox idi, zəng edib dedilər. Sonra açdım internetdən xəbəri oxudum. Mənim üçün ikili bayramdır. Həm bu yaşa gəlib çıxmışam, həm də ki, cənab Prezidentin yaradıcılığımı qiymətləndirib və mənə ad günümdə belə bir hədiyyə edib. Prezident İlham Əliyevə və Birinci vitse-pezident Mehriban Əliyevaya yaradıcılığıma qiymət verdikləri üçün minnətdaram”, - bəstəkar söyləyib.

Qeyd edək ki, bu gün Xalq artisti Eldar Mansurovun 70 yaşı tamam olur.

Billurə Yunus