İngiltərə klubu tanınmış mütəxəssisi istefaya göndərib



 

İngiltərənin "Lids Yunayted" klubu baş məşqçisi Marselo Byelsa ilə yollarını ayırıb.

SeherXeber.org xəbər verir ki, klub 67 yaşlı mütəxəssisin müqaviləsini vaxtından əvvəl ləğv edib.

Komanda son olaraq XXVII turda "Tottenhem"ə 0:4 hesabı ilə uduzub.

Qeyd edək ki, "Lids Yunayted" hazırda 23 xalla 16-cı pillədə qərarlaşıb. Komanda 2019/2020 mövsümündə Byelsanın rəhbərliyi altında 16 ildən sonra Premyer Liqaya vəsiqə qazanıb.