İtaliya millisinin və "Napoli"nin futbolçusu Lorentso İnsinye Neapol təmsilçisindəki qol sayına görə argentinalı əfsanəvi hücumçu Dieqo Maradonanı geridə qoyub.
SeherXeber.org xəbər verir ki, 31 yaşlı forvard buna evdə "İnter"lə 1:1 hesablı heç-heçə etdikləri A Seriyasının XXV tur matçında fərqlənməklə nail olub.
Görüşün 7-ci dəqiqəsində penaltidən hesabı açan təcrübəli oyunçu "Napoli"də ümumilikdə 116-cı qolunu vurub. Maradona isə bu komandanın heyətində rəqib qapılarından 115 top keçirib.
Qeyd edək ki, 1984 - 1991-ci illərdə "Napol"nin formasını geyinmiş Dieqo Maradona 2020-ci ildə 60 yaşında ikən vəfat edib.