Çavuşoğlu: “Azərbaycanla “Bir millət, iki dövlət” olaraq bir-birimizi qorumağa davam edəcəyik”



 

“Qarabağ qələbəsindən sonra “Şuşa Bəyannaməsi”nin imzalanması ilə münasibətlərimiz tamam başqa mərhələyə qədəm qoydu. Bizim artıq tam müttəfiqlik əlaqələrimiz var”.

SeherXeber.org ” xəbər verir ki, bunu  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TRT Haber” telekanalına müsahibəsində deyib. 

Nazir deyib ki, Bəyannamə çərçivəsində atılacaq addımlar aydındır və biz onların üzərində işləyirik: “Biz Azərbaycanla “Bir millət, iki dövlət” olaraq bir-birimizi qorumağa davam edəcəyik. Biz bütün sahələrdə ikitərəfli əlaqələrimizi dərinləşdirəcək və inkişaf etdirəcəyik”.

Mürtəza
SeherXeber.org