Beyl yenə gündəmə gəldi – Bu dəfə gülməklə



 

“Real”ın hücumçusu Qaret Beyl növbəti dəfə gündəmə gəlib.

SeherXeber.org -ın Apasport.az-a istinadən məlumatına görə, İspaniya Kral Kubokunun 1/4 final mərhələsində “Atletik”lə oyunu ehtiyatda keçirən uelsli forvardın hərəkəti birmənalı qarşılanmayıb.

Qarşılaşmanın gedişində baş məşqçi Karlo Ançelotti digər hücumçu Eden Azara isinmə hərəkətləri etməsini tapşırıb. Belçikalı bir müddət kənarda məşq etsə də, çalışdırıcı sonda ona ehtiyac duymayıb və kənarda oturmasını istəyib. Bu isə Beylin yüksək səslə gülməsinə səbəb olub. Matçı isə “Real” 0:1 hesablı məğlubiyyətlə tamamlayaraq, kubokda mübarizəni dayandırıb.

33 yaşlı ulduz futbolçunun bu hərəkəti istər komanda daxilində, istərsə də azarkeşlər arasında narazılıq doğurub.

Qeyd edək ki, müqavilə müddəti mövsümün sonuna qədər olan Qaret Beyl yayda “Real”dan ayrılacaq.