Cəsəd torbasından gələn səs həkimləri dəhşətə gətirdi: gördüklərinə inana bilmədilər



 

İspaniyada nadir rast gəlinən hadisə baş verib. 

SeherXeber.org xarici KİV-ə istinadla xəbər verir ki, İspaniyada 3 həkimin ölümünü təsdiqəldiyi şəxsin sağ olduğu üzə çıxıb.

Həkimlərin öldüyünü dediyi şəxs Ədliyyə Tibb İdarəsinə göndərilib. Lakin cəsəd torbasından xoruldama səslərini eşidən həkimlər çantanı açanda kişinin sağ olduğunu görüblər. 

Öldüyü deyilən Qonzalo Montoya Jimenez adlı məhbus yarılmadan saatlar əvvəl özünə gəlib.

Katalepsiyaya yoluxduğu güman edilən şəxs başqa xəstəxanada müalicə olunduqdan sonra özünə gəlib.

Qeyd edək ki, katalepsiya mərkəzi sinir sistemi pozğunluğu ilə xarakterizə olunan bədən hərəkətliliyinin və hissinin itirilməsidir. Bu zaman insan bədəninin əzələləri sərtləşir və gərginləşir, şəxs heç bir hərəkət edə bilmir, ağrıya qarşı həssaslığı azalır. Eyni zamanda bu xəstəlik nəticəsində nəfəs alma və nəbz yavaşlayır və dəri rəngini itirir. Bu səbəbdən xəstə ölüyə bənzəyir.

Fidan