Bir milyard yaşı olan qara almaz Londonda hərraca çıxarılıb



 

SeherXeber.org ın məlumatına görə, mütəxəssislərin dünyanın ən böyük kəsilmiş almazı olduğuna inandıqları "Enigma"nın meteorit zərbəsi nəticəsində əmələ gəldiyini ehtimal edirlər. 555,55 karatlıq qiymətli daş almaz üçün olduqca ağır hesab edilir.

Gələn həftə onlayn hərrac bağlanana qədər almazın Londondakı "Sotheby's"də 6 milyon dollara satılacağı gözlənilir.

Qiymətli daş təbii almazın ən sərt formalarından biri olan karbonadodur.

Qara almazların yaşı adətən 2,6 ilə 3,2 milyard il arasında təxmin edilir və bu, dinozavrların yaranmasından əvvəlki dövrdür. Yerin özünün təqribən 4,65 milyard il yaşı var.

Karbonadolar olduqca nadirdir, onlara yalnız Braziliya və Mərkəzi Afrika Respublikasında rast gəlinib. Onların tərkibində yalnız meteoritlərə xas mineral olan osbornit olduğu üçün onların kosmosdan gəldiyi güman edilir. Lakin onların dəqiq mənşəyi olduqca sirlidir.