Ərdoğanın sözçüsü Baydenin müşaviri ilə Azərbaycan - Ermənistan münasibətlərini müzakirə edib



 

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə telefon danışığı aparıb.

SeherXeber.org xəbər verir ki, söhbət zamanı ikitərəfli əlaqələr, xüsusilə siyasi, iqtisadi və müdafiə məsələləri müzakirə edilib.

Həmçinin, tərəflər arasında Ukrayna böhranı, Türkiyə və Ermənistan arasındakı normallaşma prosesi, eləcə də Azərbaycan - Ermənistan münasibətləri və digər regional məsələlər ətafında fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi, eləcə də Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün bərqərar olması regionun sabitliyi və rifahı üçün mühüm əhəmiyyət kəsb edir.