Tikintisi 3 günə başa gələn modul ev - FOTO



 

Milli.Az bildirir ki, "Hobbit" tipli evin əsası gücləndirilmiş polimer konstruksiyadır. Bu konstruksiyalar Meksikanın Kankun şəhərindəki bir müəssisədə hazırlanır və oradan müştərilərə çatdırılır. Modulların özləri kanalizasiya və elektrik kabelləri üçün xüsusi kanallara malikdir.

Çəmən dam örtüyü kimi istifadə olunur ki, bu da praktik olmaqla, istiliyi yaxşı saxlayır. Belə bir yaşayış yeri üç nəfər tərəfindən üç gün ərzində cəmi 500 dollara tikilə bilər.