İngiltərənin "Fulhem" klubunun azarkeşi dünyasını dəyişib.
SeherXeber.org London təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, hadisə Çempionşipin XXIX turunda "Blekpul"la ev matçında baş verib.
Fanatın ürəyi dayandığı üçün qarşılaşma 41-ci dəqiqədə dayanıb. İlkin yardım göstərilməsinə baxmayaraq, tərəfdar xəstəxanada vəfat edib.
Qeyd edək ki, matç 1:1 hesabı ilə yekunlaşıb.