“Twitter”ə 50 milyon dollara startap satan azərbaycanlı danışdı - VİDEO



 

Azərbaycanlı startapçının yaratdığı layihə “Twitter” tərəfindən alınıb. 

SeherXeber.org xəbər verir ki, Tural Bədirxanlı bu barədə “ASAN Radio”nun rəhbəri Emin Musəviyə Kaliforniyanın “Silikon vadisi”ndən danışıb.

O bildirib ki, yaratdığı startap “Twitter” tərəfindən 50 milyon dollara yaxın dəyərdə satın alınıb. 

T.Bədirxanlı Quba şəhərində anadan olub.

Orta məktəbi Qubada bitirən Tural “Google” və “Twitter” kimi dünyaca məşhur şirkətlərdə çalışıb.