24 ədədi nur rəmzidir - lin 24-cü gününə sözardı



 

“... Onların (möminlərin) nuru önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: “Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!” “Quran”, 66:8.

Allah-taala dünyaya gələn hər bir insana öz enerjisindən (nurundan) bir zərrə bəxş edir. İnsan həyata gözəl işlər, gözəl əməllərlə məşğul olduqda, onun mənəviyyatı tədricən cilalanır və nurun parlaqlığı artmağa – böyüməyə və ətrafa işıq saçmağa başlayır. Onun üçün də belə şəxslər Ali Enerji Mənbəyi olan Allaha daha yaxın olurlar. Həmçinin belə insanlar böyük ideyalar, amallar, bəşəri dəyərlər uğrunda mübarizəyə meyilli olur və kamil sayılırlar.

Yeri gəlmişkən, “Quran”ın Nurdan bəhs edən (“Nur”) surəsi 24 ədədi ilə nömrələnməsi təsadüfü deyildir. Surənin mahiyyəti nurlanmadan (işiqlanmadan) bəhs edir. Mendeleyev cədvəlində isə, eyni xanada (24) yerləşən Xrom oksidləşərkən (Xrom 3 oksid) cilalayıcı (!) qurupa aid edilir və yaşıl rəngə (nur rənginə) çalır.

Dövrü cədvəldə 24 ədədinə bağlı olan elementlərdən biri də Maqneziumdur. Atom kütləsi 24 (!) olan bu elementdən işıqlandırıcı (oxu: nurlandırıcı) və yandırıcı raketlərin hazırlanmasında, həmçinin fotoqrafiya işində işıq (oxu: nur) mənbəyi kimi istifadə olunur.

Göründüyü kimi, həm “Nur” surəsi, həm Xrom, həm də Maqnezium elementləri hər üçü mahiyyətcə işıqlanmaya (nurlanmaya) xidmət etdikləri kimi, onlar arasında digər riyazi bağlılıq da vardır. Belə ki, “Nur” surəsinin ayələrinin cəmi olan 64 ədədindən Xromun atom kütləsini (52) çıxsaq, alınan 12 ədədi Maqneziumun sıra nömrəsini göstərir və onlar arasındakı əlaqəni bir daha təsdiq edir:

64 - 52 = 12

“And olsun ki, Biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!” “Quran”, “Ay” surəsi, 32.

Yeri gəlmişkən, insanda iki cür ruh vardır. Bədən sahədir, birinci ruh o bədənin sahəsi, ikinci ruh isə, bədənin suyu, günəşi və havasıdır. Günəş təkbaşına yer səthini işıqlandırdığı kimi, ikinci ruhumuz da inkişaf etdikcə bizi elə işıqlandıracaq və nura qərq edəcəkdir.

İnsanın ən zəif yeri göbək və başıdır. Hər iki ruhumuz da burada (göbəkdə və başda) yerləşir. Amma, insanların çoxu bundan xəbərdar deyildir....

Dr. Paşa Yaqub

SeherXeber.org