“Azəriqaz”ın rəhbər şəxsləri onlayn vətəndaş qəbulu keçirəcək



 

“Azəriqaz” İstehsalat Birliyinin (İB) rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu yanvarın 28-də saat 12:00-da keçiriləcək.

İB-dən bildirilib ki, baş direktor Ruslan Əliyev Gəncə şəhəri, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Goranboy rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Göygöl rayon sakinləri ilə videoformatda keçiriləcək görüşdə vətəndaşların müraciətlərini dinləyəcəklər.

Qəbula dair əlavə məlumat almaq istəyənlər birliyin Gəncə Regional qaz istismarı idarəsinə müraciət edə bilərlər.

Səfurə, SeherXeber.org