Yoluxmanın artması "omikron"la bağlıdır



 

Koronavirusa yoluxmaların 90 faizindən çoxu "omikron"la əlaqəlidir.

SeherXeber.org xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O qeyd edib ki, bir neçə həftə ərzində "omikron” ştammı digər növlərə nisbətən daha çox yayılıb.

"Aktiv xəstələrin əksəriyyəti ambulator həlqədə olan şəxslərin sayına görədir. Xəstəxana yatışında isə vəziyyət stabildir", - deyə o əlavə edib.
Akif Nəsirli