İranlı nazir Azərbaycana gəlir



 

İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi sabah yüksək səviyyəli heyətin müşayiəti ilə Azərbaycana səfər edəcək.

SeherXeber.org xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

S.A.Musəvinin sözlərinə görə, iki ölkə arasında bir çox sahələrdə birgə böyük layihələr var. İranlı nazirin səfəri çərçivəsində iki ölkə arasında enerji, sənaye, tranzit, kənd təsərrüfatı və digər sahələrdəki layihələr haqda müzakirələr aparılacaq.

Səfər çərçivəsində iranlı nazir Azərbaycan rəsmiləri ilə görüşəcək.