Fransa XİN bu tələbləri dəlilik adlandırdı



 

Fransa Xarici işlər nazirliyinin dövlət katibi Kleman Bon müxalifət liderlərinin ölkənin NATO-dan çıxmaq barədə tələblərini dəlilik adlandırıb.

SeherXeber.org xəbər verir ki, Kleman Bonun sözlərinə görə, belə bir hərəkət Fransa üçün hazırkı anda ağılsızlıq olardı.

Fransa rəsmisi Qərb ölkələrinin Ukrayna böhranı ilə əlaqədar yaranan gərgin situasiyada birləşməsi gərəkdiyini vurğulayıb. Onun fikrincə, əks halda bu, Rusiya üçün əsl hədiyyəyə çevriləcək.

Xatırladaq ki, Fransanın Şimali Atlantika Müqavilə Təşkilatı sıralarını tərk etmək haqqında təklifi radikal solçu, “Əyilməyən Fransa” partiyasının lideri Jan-Lük Melanşondan gəlib. Fransız siyasətçi Rusiyanı ölkəsi üçün tərəfdaş saydığını, ondan “düşmən düzəltməyin” yanlış olduğunu dilə gətirib.

Bundan başqa “Rekonkista” hərəkatının lideri Erik Zemmur da bənzər yöndə çıxış edib.