Allahın qanunu: Sərvət əmanətdir



 

Siracəddin Hacı yazır:

- “əmanət” sözü “iman” sözü ilə eyni kökdəndir, güvəni ifadə edir;

- Allaha iman edənlərin Ona şərik qoşmasının səbəbi Allaha güvənməmələridir – Allaha güvənməyən başqasından – məzardakılardan, pirlərdən ... istəyər;
- insan sərvətə mülkiyyət kimi deyil, əmanət kimi baxsa, bu nəticələr ortaya çıxar:
- əmanətin sahibi var, o, Allahdır, insan əmanətçidir;
- Allah insana güvəndi, əmanətini – sərvəti ona verdi, insan bu güvəni itirməməlidir;
- əmanətə sədaqət şərtdir - əmanət ilahi təyinatına uyğun xərclənərsə, şərt yerinə yetirilər;
- əmanətin ilahi təyinatı ikidir: a) ehtiyacları təmin etmək; b) xeyri çoxaltmaq;
- əmanətə xəyanət nankorluqdur, cəzası ağırdır – mülkiyyət kimi baxdığın nemətə kölə olmaqdır, kölə olan dəyərini itirər;
- əmanət şüuru insana məsuliyyət yükləyər – ehtiyac sahiblərinin sənin sərvətinin üzərində haqqı var;
- əmanət düşüncəsi insanı halala, qənaətə, səxavətə,paylaşmağa yönəldər;
- əmanət şüuru sərvəti axirət azuqəsinə çevirər;
- nemətə mülkiyyət kimi baxmaq insanı nemətin köləsinə çevirər, kölə olan, nemət mənimdir deyən paylaşmaz;
- əmanət inancı insana azadlıq bəxş edər, onu sərvətin köləliyindən qurtarar;
- əmanət şüuru şükrə, şükür sərvətin artmasına yol açar;
- əmanət anlayışı ədalətə, mərhəmətə, barışa, xeyrə, sevgiyə, birliyə, hüzura səbəb olar;
- əmanət anlayışı deyir ki, imkanı olan insanların paylaşmamasının səbəbi sərvətə mülkiyyət kimi baxmasıdır;
- əmanət şüuru deyir ki, tənbəl olma, çalış, əl əməyi, alın təri, göz nuru ilə ruzi qazanmaq, paylaşmaq, halal yaşamaq ibadətdir;
- əmanət anlayışı deyir ki, ər-Rəzzaq olan Allahdır, O, hər çeşid ruzini hər an yaradır, yaratdıqlarına paylayır;
- əmanət şüuru deyir ki, yer üzündəki aclığın, yoxsulluğun səbəbi ruzi yetərsizliyi deyil, zülmdür;
- əmanət düşüncəsi deyir ki, halal qazancın yolunu açmaq, haramların yolunu bağlamaq ilahi rəhməti cəlb edər;
- ey insan, hər şeyə əmanət gözü ilə bax, əmanətlərə sahib çıx, onlardan ilahi təyinatına uyğun istifadə et ki,bu dünyandan və axirətindən əmin olasan, qəlbinə hüzur gəlsin, toplumda mərhəmət, barış olsun, bir yerdə yaşamaq imkanı ortaya çıxsın;
SeherXeber.org