Bakının mərkəzində yol bu vəziyyətdədir - VİDEO



 

Paytaxtın Xətai rayonu, Polad Həşimov küçəsinin yollarında uzun müddətdir ki, asfalt örtüyü yoxdur. Bununla bağlı Xəzər Xəbər-ə müraciət edən sakinlər iddia edirlər ki, məsələ dəfələrlə aidiyyəti qurumların diqqətinə çatdırılsa da, nəticəsi olmayıb.

Sakinlər deyirlər ki, əraziyə çağırdıqları təcili tibbi yardım maşınları yol yararsız olduğundan ya gəlməkdən imtina edirlər, ya da çox gec gəlirlər.

Xətai rayon İcra Hakimiyyətindən bildirildi ki, problem yaxın vaxtlarda aradan qaldırılacaq.

Görünür, 3 ildir səbir edən sakinlərin havaların normallaşmasını gözləməkdən başqa çarələri qalmayıb.