ABŞ Çin aviaşirkətlərinin uçuşunu ləğv etdi



 

SeherXeber.org xəbər verir ki, qərar yanvarın 30-dan martın sonunadək qüvvədə olacaq və “Air China”, “China Southern”, China Eastern” və “Xiamen Airlines” şirkətlərinin uçuşlarına tətbiq ediləcək. Vaşinqton bu qərarın Çinin ABŞ aviaşirkətlərinin uçuşlarına tətbiq etdiyi qadağaya cavab olduğunu bildirib.

Rəsmi Pekin isə Birləşmiş Ştatların bu qərarına etiraz edib və onu çox əsassız hesab etdiyini açıqlayıb. Çinin Vaşinqtondakı səfirliyi ABŞ-ı Çin aviaşirkətlərinin uçuşlarını pozmağı və məhdudlaşdırmağı dayandırmağa çağırıb.

Qeyd edək ki, Çində pandemiya ilə əlaqədar qüvvədə olan qaydalara əsasən, Çinə gələn təyyarələrdəki sərnişinlərdən COVID-19 infeksiyasına yoluxanların sayına uyğun olaraq, həmin aviaşirkətin uçuşlarına bir neçə həftəlik qadağa qoyulur. Bu qaydaya əsasən, Pekin ABŞ-ın “United Airlines”, “American Airlines” və “Delta Air Lines” şirkətlərinin, ümumilikdə 44 uçuşunu ləğv edib.