İranlı hücumçu Almaniya klubunda



 

Rusiyanın "Zenit" klubunun futbolçusu Sərdar Azmun 2022/2023 mövsümündən Almaniyanın "Bayer" komandasında çıxış edəcək.

SeherXeber.org xəbər verir ki, 27 yaşlı hücumçu ilə 2027-ci ilədək müqavilə bağlanılıb. İranlı forvard yeni komandasına "Zenit"lə hazırkı sözləşməsi bitdikdən sonra keçəcək.

Qeyd edək ki, bu mövsüm Sərdar Azmun bütün turnirlərdə 21 oyuna 10 qol vurub və 4 məhsuldar ötürmə verib. O, "Zenit"də 2019-cu ilin yanvarından çıxış edir. "Transfermarkt" Azmuna 25 milyon avro qiymət qoyub.