Kiyev alman səfiri XİN-ə çağırdı



 

Almaniyanın Ukraynadakı səfiri Anka Feldhusen bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

SeherXeber.org xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, səfirə Almaniya Hərbi Dəniz Qüvvələrinin komandanı Kay-Akxim Şönbaxın Ukrayna əleyhinə çıxışı ilə bağlı etiraz bildirilib.

Qeyd edək ki, Şönbax Krımın heç vaxt Ukraynanın tərkibinə daxil olmayacağı və ölkənin NATO-nun üzvlük meyarlarına cavab verə bilməyəcəyi barədə açıqlama verib.