Yunanlar Türkiyə təyyarəsinə icazə vermədi



 

Cənubi Kipr rəhbərliyi qalmaqallı bir qərarla Türkiyənin həndbol milli komandasında COVİD-19 testi pozitiv çıxan Alpərən Arabacının adanı tərk etməsinə əngəl olub.

SeherXeber.org xəbər verir ki, Türkiyə Gənclər və İdman Nazirliyi dərhal hərəkətə keçərək Səhiyyə Nazirliyi və Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə milli həndbolçumuzu təcili tibbi yardım təyyarəsi ilə Türkiyəyə gətirmək istəyib.

Lakin qalmaqallı münasibət sərgiləyən Kiprin yunan tərəfi uçuşa icazə verməyib.