Əfqanıstanda partlayış: ölənlər var



 

Əfqanıstanın şimal-qərbindəki Herat şəhərində partlayış törədilib.

SeherXeber.org xəbər verir ki, hadisə nəticəsində azı 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

İlkin məlumata görə, Hacı Abbasın Herat məhəlləsində sərnişin mikroavtobusu partladılıb.

“Taliban” hərəkatının regional nümayəndələri partlayış faktını təsdiqləyiblər.