Ötən il Azərbaycanda 2043 avtomobil istehsal olunub



 

2021-ci ildə Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 430,7 milyon manatlıq məhsul istehsal edilib.

SeherXeber.org bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, əvvəlki illə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 21,3% artıb, maşın və avadanlıqların istehsalı 9,1%, sair nəqliyyat vasitələrinin istehsalı isə 92,6% azalıb.

2021-ci ildə 2043 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 93 ədəd çox minik avtomobili istehsal olunub. Dövr ərzində əvvəlki illə müqayisədə mancanaq dəzgahlarının istehsalı 3,4 dəfə, traktorların istehsalı 2,2 dəfə, fəvvarə armaturunun istehsalı isə 69,3% artıb.