Qadın 10 uşaq dünyaya gətirdi



 

SeherXeber.org  xəbər verir ki, bu barədə yerli "Saudi Gazette" nəşri məlumat yayıb.

Doğuş yanvarın 12-də Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Təbuk şəhərində yerləşən Kral Salman adına xəstəxanada baş verib.

Qadın bir neçə həftə ərzində adıçəkilən tibb müəssisəsinin mamalıq və ginekologiya şöbəsinin müdiri Attiya əl-Zəhrani başda olmaqla həkimlərin ciddi nəzarəti altında olub.

Yeni doğulmuş 10 körpənin hər birinin çəkisi 950-1100 qram arasındadır. Onların hamısının tam sağlam olduğu bildirilir.

Məlumat üçün bildirək ki, Kral Salmanın adını daşıyan xəstəxana krallığın ən böyük tibb ocaqlarından biridir. Xəstəxana 1980-ci ildə yaradılıb və ölkədə endoskopiya texnologiyasını tətbiq edən ilk tibb müəssisəsidir.