Özünü məftil ilə ağaca bərkidib yandıran şəxlə bağlı RƏSMİ AÇIQLAMA



 

Sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı SeherXeber.org ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, yanvarın 19-da, saat 20 radələrində 1959-cu il təvəllüdlü Nadir Həşimovun özünü məftil ilə ağaca bərkidib yandıraraq öldürməsi faktı ilə bağlı hazırda Xətai rayon prokurorluğunda araşdırma aparılır.

Araşdırma zamanı Nadir Həşimovun meyiti xarici və daxili müayinə olunmuş, meyitin üzərində yanıq xəsarətlərindən başqa hər hansı kənar xəsarət aşkar olunmayıb.

Hazırda araşdırma davam etdirilir, ictimaiyyətə əlavə məlumat veriləcəkdir.