Məzun gecəsində sevdiyi qızı bıçaqlayan şəxs hakim qarşısında 



 

Sabirabad 17 yaşlı qızı bıçaqlamaqda şübhəli bilinən Sübhan Qasımlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

SeherXeber.org xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Oruc Cəlilovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası yanvarın 27-nə təyin olunub.

Qeyd edək ki, Surra kəndində yerləşən "Ana Kür" restoranında məktəblilərin təşkil etdiyi məclisdə bıçaqlanma hadisəsi baş verib.

Sabirabad sakini, 2002-ci il təvəllüdlü Qasımlı Sübhan Eldəniz oğlu həmyerlisi, 2004-cü il təvəllüdlü N. N.-i kürək nahiyəsindən bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanılıb, hazırda həmin şəxsin saxlanılması istiqamətində istintaq tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məlumata görə, Sübhan N.-i sevirmiş. S.Qasımlı onu bıçaqladıqdan sonra hadisə yerindən qaçsa da polis əməkdaşları tərəfindən saxlanılıb.

SeherXeber.org