Blinkenlə Lavrovun görüşü başa çatdı - YENİLƏNİB



 

İsveçrənin Cenevrə şəhərində ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş başa çatıb.

SeherXeber.org ” xəbər verir ki, danışıqlar 1,5 saat davam edib.

***

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken arasında tərəflərin təhlükəsizlik təminatı məsələlərini müzakirə edəcəyi danışıqlar Cenevrədə başlayıb. 

SeherXeber.org ” xəbər verir ki, görüşün yekunu olaraq mətbuat konfransı keçiriləcək.

Amma görüş öncəsi Rusiya XİN başçısı Sergey Lavrov görüşdən ciddi nəticə gözləmədiyini bəyan edib.

ABŞ Dövlət katibi Entoni Blinken də bildirib ki, Vaşinqton Moskva ilə problemləri sülh yolu ilə həll etməkdə qərarlıdır, lakin Cenevrə görüşündən böyük nəticələr gözləmir. Amma bununla belə Blinken bəyan edib ki,  ABŞ və müttəfiqlərinin Rusiya ilə dialoqa sadiqdir.

Mürtəza
SeherXeber.org